Bir şərh yazın

Canavarların hücumu

Qusarın Avaran qışlaq kəndində bir ev canavarların basqınına məruz qalıb. Ev yiyəsi Behbudun dediyinə görə “səhər saat təxminən 6 ya qalırdı, həyətdə qoyunların hörükən səsini eşitdim. Həyətə düşəndə gördüm ki, qoyunların saxlandığı yay tövləsində iki canavar var. Mən həyətə düşən kimi onlar artıq iki qoyunumu zədələmişdilər. Əlimə  comağı götürüb “cağrılmamış qonaqları” qovmağa başladım. Canavarlardan biri həyətdən cıxıb qacsada o birisi qoyunların arxasınca tövləyə girib qoyunların arasında gizlənməyə çalışırdı”.

Qəribə cəhət burasındadır ki, həmin əraziyə yaxın yerdə heç bir meşə massivi yoxdur. Behbudun sözlərinə görə canavarların nəsil artıran vaxtıdır. Onlar yaşayış məntəqələrinin yaxınlığındakı əkin sahələrində məskən salıblar. Behbudun evi də təxminən o ərazidə yerləşirdi.

Bir şərh yazın